12 Avqust – Beynəlxalq Gənclər Günü münasibətilə Gənclər və İdman Nazirliyi və Gənclər Fondunun birgə hazırladığı tədbirlər planı üzrə sonuncu tədbir gənclərin Vətən müharibəsi iştirakçıları ilə görüşü olub.
“Coffee Cinema”da keçirilən görüşdə Vətən müharibəsi iştirakçıları baş leytenant Hüseyn Hüseynov, gizir Pərviz Muradov, baş çavuş Sahib Səfərov, Sadiq İbrahimli iştirak ediblər.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov və Gənclər Fondunun əməkdaşı Fatimə Yusifova çıxış edərək 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəmizdən, Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi və bacarığı, qətiyyətli mövqeyi, qəhrəman əsgər və zabitlərimizin rəşadətindən söz açıblar. Ölkəmizdə aparılan gənclər siyasətinin mühüm tərkib hissəsi kimi gənclər üçün milli şüura əsaslanan mühitin yaradılması, Vətənə sevgi və bağlılıq hisslərinin aşılanması, onların layiqli vətəndaş kimi formalaşdırılması istiqamətində görülən işlərin əhəmiyyəti xüsusi vurğulanıb, şəhid ailələri və müharibə iştirakçıları təşkil olunan görüşlərin də bu baxımdan əhəmiyyətli olduğu diqqətə çatdırılıb.
Daha sonra Vətən müharibəsi iştirakçıları öz xatirələrini paylaşaraq gəncləri maraqlandıran sualları cavablandırıblar.